“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunnun məlumatına görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Son xəbərlər
Son Xəbərlər