Sabah yağış yağmayacaq- - Proqnoz

sabah-yagis-yagmayacaq-
Oxunma sayı: 820


“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 15-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.