“Sabah” “Zirə”yə qalib gəldi

sabah-zireye-qalib-geldi
Oxunma sayı: 1485

Koronavirus səbəbiylə dayandırılan Azərbaycan Premyer Liqasının bərpası üçün hazırlıqlarını davam etdirən “Zirə” bu gün növbəti dəfə yoxlama oyunu keçirib.

"Qafqazinfo" xəbər verir ki, qəsəbə təmsilçisi “Sabah”la qarşılaşıb.

“Bank Respublika Arena” da baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu

13 iyun

Sabah – Zirə 1:0
Qol: Ceyhun Nuriyev, 90.