Sabaha intensiv yağış gözlənilir

sabaha-intensiv-yagis-gozlenilir
Oxunma sayı: 1780

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 7-də gözlənilən hava proqnozunu açıqlayıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda  gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.  

Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir  duman olacaq. Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti,  dağlarda gecə 0-5° şaxta, gündüz  2-5° isti olacaq.