Sabaha olan hava- - Şimşək, yağış, külək...

sabaha-olan-hava-
Oxunma sayı: 1984


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, lakin axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərlikləri Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.