Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimaı-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, növbəti 2 gün ərzində atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.