Sabaha olan hava - - proqnozu

sabaha-olan-hava-
Oxunma sayı: 1502


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz  34-38 dərəcə isti təşkil edəcəyi gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı  757 mm civə sütunu, nisbi  rütubət  gecə 75-85, gündüz  50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq  küləyi  əsəcək,  arabir güclənəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz  35-40, bəzi yerlərdə 43, dağlarda gecə  12-17,  gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.