Sabaha olan hava proqnozu -

sabaha-olan-hava-proqnozu-
Oxunma sayı: 1256


“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasındasentyabrın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.


“Qafqazinfo”