Sabahdan 14 marşrutun hərəkət sxemi dəyişdirilir

sabahdan-14-marsrutun-hereket-sxemi-deyisdirilir
Oxunma sayı: 4930

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir. 

Bu barədə “Qafqazinfo”ya AYNA-dan bildirilib.

Dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.