Sabahdan 4 günlük bayram tətili başlayır

sabahdan-4-gunluk-bayram-tetili-baslayir
Oxunma sayı: 1887

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Bununla da, iyul ayının 9-dan 13-dək Azərbaycanda Qurban bayramı ilə əlaqədar ardıcıl qeyri-iş günü olacaq.