Sabahdan 4 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Sabahdan 4 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Oxunma sayı: 1903

Sabah saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

"Qafqazinfo" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, 1, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək.

1 nömrəli marşrut: Heydər Əliyev prospekti əsas yolla – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

13 nömrəli marşrut: Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

38 nömrəli marşrut: Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi – Təbriz küçəsi (Nəriman Nərimanov m/st), daha sonra öz hərəkət sxemi üzrə;

M8 nömrəli marşrut: Heydər Əliyev prospekti əsas yolla – Koroğlu Rəhimov küçəsi – Təbriz küçəsi (Nəriman Nərimanov m/st) – Əhməd Rəcəbli küçəsi – F.Xoyski küçəsi – Ağa Nemətulla küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

1, 13, 38 və M8 nömrəli müntəzəm marşrutların Heydər Əliyev prospekti əsas yolla hərəkəti zamanı Heydər Əliyev prospekti köməkçi yolda yerləşən 8 ədəd dayanacaq məntəqəsindən dayanmadan (5 saylı ASAN Xidmət, Sofaz Tower, Milli Gəlirlər Departamenti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Mәrkәzi İncәsәnәt Mәktәbi, Uşaq Reabilitasiya Mərkəzi, Heydər Əliyev Mərkəzi) fəaliyyət göstərəcək.