Sabahdan bu avtobus da kartla işləyəcək

sabahdan-bu-avtobus-da-kartla-isleyecek
Oxunma sayı: 2190

Sentyabrın 22-dən etibarən 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM - Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

“Qafqazinfo” BNA-ya istinadən xəbər verir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

- Yeni Ramana 141 Sabunçu rayonu

- Yeni Ramana 233 Sabunçu rayonu

- Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)

- Südçülük (Binə qəs.)

- Mehriban Qonşular küç. (Binə qəs.)

- Nizami Abbasov 24 (Binə qəs.)