Sabahdan bu yollar bağlanacaq- - Xəritə

sabahdan-bu-yollar-baglanacaq-
Oxunma sayı: 3053


“Qafqazinfo”nun Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinə istinadən məlumatına görə, 17 iyun tarixində saat 11:30-dan 15:30-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

18 iyunda isə 05:30-dan 20:40-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngəyədək, saat 06:30-dan 18:40-dək “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Qeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür: 

- Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.

- “Bilgəh Estates”dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər. 

- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.