Sabahdan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları bütün çimərliklərdə yoxlamalar aparacaqlar.
"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, monitorinqlərin nəticələri yeni çimərlik mövsümü başlayana kimi məlum olacaq.
Ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsinin, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərlikləri istifadəyə yararsız hesab edilib.
Son xəbərlər
Son Xəbərlər