Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə daha bir qarşılaşma baş tutub.
Günün sonuncu qarşılaşması “Sabah”la “Sumqayıt” arasında olub. Meydan sahibləri bu matçda darmadağına seviniblər.
Xatırladaq ki, turun ilk matçında “Kəpəz”lə “Zirə” heç-heçəyə razılaşıb – 1:1.
“Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sabah keçiriləcək. Tura bazar günü baş tutacaq “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
10 mart
“Sabah” – “Sumqayıt” 4:0
Qol: C.L.Mikels, 45. A.Kaşuk, 75. C.Nuriyev, 86. S.Məmmədov, 90+2.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:00.
Son xəbərlər
Son Xəbərlər