Sabahdan hava pisləşir- - Qar yağacaq-12 dərəcə şaxta

sabahdan-hava-pislesir-
Oxunma sayı: 9320


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 22-də hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi ərazilərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.