Sabahdan imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

sabahdan-imtahan-protokollari-ve-cavab-vereqlerinin-emalina-baslanilacaq
Oxunma sayı: 2490

Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə “Qafqazinfo”ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.