Qış mövsümünə hazırlıq və qarlı-şaxtalı havalarda məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir.
Bu barədə "Qafqazinfo"ya Təhsil Nazirliyindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, kənd rayonlarında, xüsusilə dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edir.
Yerlərdən alınmış məlumata əsasən, əksər dağlıq ərazilərdə qarın hündürlüyü 50-60 sm-ə çatıb. Hava şəraitinin pisləşməsi nəticəsində bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən aşağı düşüb.
Qeyd edək ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Tətil müddətində məktəblərdə hava şəraiti ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün yerli orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək.
***
Yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatır. Yanvarın 27-dən 31-dək ölkəmizin ümumi ümumi təhsil müəssisələrində qış tətili olacaq. Dərs ilinin ikinci yarımili isə fevralın 1-də başlayacaq.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər