Sabahdan ov mövsümü başlayır

Sabahdan ov mövsümü başlayır
Oxunma sayı: 805

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

ETSN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə ov mövsümünün 22 yanvar 2021-ci il tarixindən etibarən açılması qərara alınıb.