Sabahdan tətil başlayır

sabahdan-tetil-baslayir
Oxunma sayı: 1636

Sabahdan Azərbaycanda orta məktəblərdə payız tətili başlayır. 

“Qafqazinfo” xəbər verir ki, tətil 5 gün davam edəcək.

Növbəti dərs günü isə gələn həftənin cümə axşamı - noyabrın 21-də başlayacaq. 

Qeyd edək ki, dərs ili ərzində müəyyən edilmiş payız tətilindən başqa, 5 günlük qış tətili (27-31 yanvar), 5 günlük isə yaz tətili (1-5 may) nəzərdə tutulub.