Sabahdan Ümrə ziyarətinə qeydiyyat başlayır

sabahdan-umre-ziyaretine-qeydiyyat-baslayir
Oxunma sayı: 1697

Səudiyyə Ərəbistanı sabahdan etibarən ölkə xaricindən Ümrə ziyarəti üçün müraciətlərin qəbuluna başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SPA məlumat yayıb.

Bildirilir ki, aylıq iki milyon ziyarətçi qəbul ediləcək.

Müraciətlər “Eatmarna” tətbiqi üzərindən qeydə alınacaq və gündəlik 60 min civarında olacaq.

Qeyd olunub ki, COVID-19 pasportunun olması ziyarət üçün əsas şərtdir.