İyunun 1-dən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobuslarda havasərinlətmə sistemləri qoşulacaq.
Bu barədə "Qafqazinfo"ya şirkətdən bildirilib.
Qeyd edilib ki, aprel-may aylarında kondisioner sistemlərinin yoxlanılması, texniki müayinələrin aparılması işləri əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq artıq başa çatdırılıb: "Hava şəraitinə uyğun olaraq iyunun 1-dən “Xaliq Faiqoğlu” şirkətinə məxsus olan Avro-5 və Avro-6 standartlı müasir avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaqdır".

Son xəbərlər
Son Xəbərlər