“Sabah”dan yeni transfer

sabahdan-yeni-transfer
Oxunma sayı: 879

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.