“Sabah”dan yeni transfer

sabahdan-yeni-transfer
Oxunma sayı: 1518

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Mərkəz müdafiəçisi ilə müqavilənin müddəti 1+1 illikdir.

Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.

Yeni transfer 24 nömrəli formada çıxış edəcək.