“Qafqazinfo”nun məlumatına görə, ötən gün “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə “SABAHFest” adlı festival keçirilib.
Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Festivalda Avropa Oyunlarının ulduz səfirləri – tanınmış teleaparıcı Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayeva ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib.
Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar.
“SABAH-ın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri Ramal Vəliyev və Humay Cavadzadəyə diplom və hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər