“Sabah”ın baş məşqçisi istefa verdi

sabahin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1387

“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Sabah" 7 turdan sonra 1 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.