“Qəbələ”dən “Sabah”a transfer olunan Amin Seydiyevin anası vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, gənc futbolçunun anası Şəhla Seydiyeva koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Seydiyeva bir müddət əvvəl Covid-19-la bağlı test nəticəsi pozitiv çıxdığı üçün Sabirabadda xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Amin Seydiyev U-21 millimizin üzvüdür.
Son xəbərlər
Son Xəbərlər