Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, günün ikinci yarısında qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər