Sabahın hava - - Proqnozu

sabahin-hava-
Oxunma sayı: 1051


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.