Sabahın havası- - Külək, yağış

sabahin-havasi-
Oxunma sayı: 1668


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.