Sabahın havası açıqlandı

sabahin-havasi-aciqlandi
Oxunma sayı: 2029

Oktyabrın 14-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək