Azərbaycanda fevralın 25-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, gündüz çiskin olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 25-də Abşeron yarımadasında sabit hava şəraiti fonunda meteoroloji amillərin əsasən zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Son xəbərlər
Son Xəbərlər