Sabahkı havada dənizə girmək təhlükəlidir

Sabahkı havada dənizə girmək təhlükəlidir
Oxunma sayı: 1409

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

“Xüsusilə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir”.

Təhlükə zamanı 112-yə zəng edin!