Şabanın qızı danışdı - Müəllim işləyir...

sabanin-qizi-danisdi
Oxunma sayı: 9075

“Ekranda olmadığım üçün heç kim nə işlə məşğul olduğumu bilmir. Elə bilirlər ki, aktrisayam”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur aktyor Kemal Sunalın qızı Ezo Sunal jurnalistərin suallarını cavablandıran zaman deyib. 2007-ci ildən təhsil sektorunda fəaliyyət göstərən Ezo Sunal çap etdirdiyi “Lalala” adlı uşaq kitabından danışıb.

O bildirib ki, kitab çap etdirmək uşaqlıq arzusu olub:

“Uşaqlığım çox gözəl keçib. Müəllim olmaq həvəsim də elə bu səbəbdən yaranıb. Uşaqların özünə inanması, dünya görüşünün formalaşması mənim üçün çox vacibdir. Bu səbəbdən də, kitabımda hər bir xırda detalı nəzərə almağa çalışmışam”.

Kitabın elektron versiyasında 10-dan çox mahnı var və bu mahnıları anası Gül Sunal, qardaşı Ali Sunal daxil olmaqla bir neçə insan səsləndirib.

Daha sonra ekranlardan uzaq olduğunu bildirən Ezo Sunal insanların onun aktrisa olduğunu düşündüklərini bildirib:

“Müəllim olduğuma inanmaq istəmirlər. Mediada çox görünmədiyim üçün nə işlə məşğul olduğumu bilmirlər. Fikirləşirlər ki, yəqin, o da aktrisa olub”.

Ezo Sunalın növbəti hədəfi isə valideynlərlə uşaqların maraqla izləyə biləcəyi, maarifləndirici bir teleproqram hazırlamaqdır.

Günel Hacı