“Şaban”ın şəklini avronun üzərində çap edənləri polisə verdi

sabanin-seklini-avronun-uzerinde-cap-edenleri-polise-verdi
Oxunma sayı: 3582

Aktyor Ali Sunal mərhum atası Kemal Sunalın ölümünün 20-ci ili ilə bağlı hazırlanan “xatirə pulu” barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə məlumatsız olduğunu, sözügedən şəxslərdən polisə şikayət etdiyini qeyd edib:

“Ailəmizin məlumatı və icazəsi olmadan dəyərli atamızın şəkillərini avro üstünə həkk edərək satışa çıxaran şəxslər barədə şikayət etmişik”.