İstanbulun Sabiha Gökçen Hava limanında baş vermiş qəzadan sonra bağlanan uçuş-enmə zolağı yenidən açılıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Hava limanının tvitter səhifəsində məlumat verilib.
Bildirilib ki, sərnişinlər uçuşlarda baş verə biləcək dəyişikliklər və ya ləğvlər barədə müvafiq aviaşirkətlərdən məlumat ala bilərlər.
Xatırladaq ki, “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəstəxanalıq olub.
Son xəbərlər
Son Xəbərlər