Sabiha Gökçendə uçuşların vaxtı üçüncü dəfə təxirə salındı - Yenilənib

sabiha-gokcende-ucuslarin-vaxti-ucuncu-defe-texire-salindi
Oxunma sayı: 2727

İstanbulun Sabiha Gökçen hava limanının fəaliyyəti saat 22:00-dək dayandırılıb.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, sərnişin təyyarəsinin uçuş zolağından çıxması nəticəsində təxirə salınan reyslərin saat 15:00-da açılması nəzərdə tutulsa da, səfərlər saat 22:00-dək uzadılıb.

Digər tərəfdən hava limanında qəzaya düşmüş təyyarənin xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, “Boeing 737- 800” tipli sərnişin təyyarəsinin zolaqdan çıxması nəticəsində xəsarət alan olmayıb.

***

Məlumata görə, uçuşlar növbəti dəfə təxirə salınıb. Belə ki, sabah saat 06:00-da reyslərin bərpa olunacağı gözlənilir.