Sabiha Gökçendəki qəzaya görə pilot həbs edildi

sabiha-gokcendeki-qezaya-gore-pilot-hebs-edildi
Oxunma sayı: 2722

İstanbulun Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq qəzaya uğrayan təyyarənin kapitan pilotu Mahmut Arslan həbs edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müalicə aldığı xəstəxanadan Anadolu Ədalət Sarayına gətirilən Mahmut Arslan “səhlənkarlıq səbəbindən ölümə və yaralanmağa səbəb olma” ittihamı üzrə həbsə məhkum edilib.

Qəza ilə əlaqədar köməkçi pilotun da ifadəsi alınıb.

Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysini gerçəkləşdirən, 177 heyət sərnişin və 6 heyət üzvünün olduğu “Pegasus” hava yollarına məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Qəzada 3 nəfər həlak olub.