Yunanıstanda iyunun 25-i keçirilən parlament seçkiləri zamanı ölkənin sabiq Baş naziri Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası qalib gəlib.
“Qafqazinfo” “Kathimerini” qəzetinə istinadən xəbər verir ki, səsvermə məntəqələrinin 90 %-nin nəticələrinə görə, partiya səslərin 40,52 %-ni toplayıb. Bununla da, “Yeni demokratiya” parlamentdə 300 yerdən 158-ni qazanıb.
Eyni zamanda, SİRİZA partiyası 17,84 % səslə 47 yer, Ümumyunan Sosialist Hərəkatı PASOK isə 11,96 % göstərici ilə 32 yer qazana bilib.
Qeyd edək ki, dünən baş tutan seçki təqribən son bir ay ərzində Yunanıstanda keçirilən ikinci parlament seçkiləri olub. Belə ki, mayın 21-i keçirilən seçki zamanı səslərin 40,7 %-ni toplayan hakim “Yeni demokratiya” partiyası koalisiya hökuməti yaratmaqdan imtina edib.
Son xəbərlər
Son Xəbərlər