Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

sabiq-bas-nazirin-olkeden-cixisina-qadaga-qoyuldu
Oxunma sayı: 1552

Pakistanın keçmiş baş naziri Yusif Rza Gilaninin ölkədən çıxışına qadağa qoyulub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, konfransda iştirak etmək üçün Cənubi Koreyaya getmək istəyərkən hava limanından geri qaytarılıb.

Gilani ölkədən çıxışına qadağa qoyulduğunu da hava limanında öyrənib.

Sabiq baş nazir Pakistandan qaçmaq niyyətinin olmadığını bildirib.

Qeyd edək ki, Gilani 2008-2012-ci illərdə baş nazir postunda olub. Ötən il onun və atası, sabiq prezident Bilaval Butto-Zərdari haqqında “vəzifəsindən sui-istifadə” və “saxta hesablarla pul köçürmələri” ittihamları ilə istintaq başlayıb.