Bu binada işlər dayandırıldı - Yenilənib

bu-binada-isler-dayandirildi
Oxunma sayı: 10821

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb.

Komitədən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib.

***

Bildirilib ki, qeyd edilən binanı “OMA” MTK inşa edib və Asəf Mirzəyev adlı şəxs rəhbərlik edir.