Sabiq erməni qubernatorun evinə polis girdi, oğlu axtarışa verildi

sabiq-ermeni-qubernatorun-evine-polis-girdi-oglu-axtarisa-verildi
Oxunma sayı: 1788

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Sünik (Zəngəzur - red.) vilayətinin sabiq qubernatoru Sürik Xaçatryanın evində axtarış həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata əsasən, sabiq qubernatorun oğlu Tiqran Xaçatryan da Qorisdə baş verən atışma ilə bağlı axtarışa verilib.

Bununla yanaşı, məhkəmə vilayətin hazırki qubernatoru Melikset Poqosyanın oğlu Karen Poqosyanın həbs olunması barədə vəsatəti təmin edib. O da həmçinin axtarışdadır. 

“O axtarışdadır, atası isə qubernator vəzifəsində çalışmağa davam edir”, - deyə qəzetin yaydığı məlumatda qeyd olunub. 

Qeyd edək ki, iyulun 14-ü Qorisdə atışma baş verib. KİV-in məlumatına görə, atışma vilayətin sabiq qubernatoru Sürik Xaçatryanın oğlu ilə cari qubernator Melikset Poqosyanın oğlu arasında baş verib.