“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, terror aktı hazırlamaqda şübhəli bilinən Əmirov cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Onun bacısı oğlu, həm də cinayət ortağı, Kaspiysk şəhərinin keçmiş vitse-meri Yusup Cabarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Rostov şəhərində keçirilən məhkəmə iclasında hökm çıxarılarkən Səid Əmirovun xidmətləri, dövlət mükafatları, himayəsində övladlarının olması nəzərə alınıb. Əmirovu müdafiə etmək üçün 7 vəkil, o cümlədən merin doğma oğlu Dolqat Əmirov zalda yer alıb.
Qeyd edək ki, 1991-1998-ci illərdə Dağıstan Muxtar Respublikası baş nazirinin müavini olan Səid Əmirov 1998-ci ilin fevralından Mahaçqala meri seçilib.
2013-cü il mayın 31-də isə ona qarşı cinayət işi açılıb. Mahaçqala meri 2011-ci ildə şəhərin Sovetsk rayonun istintaq idarəsinin rəhbəri Arsen Hacıbəyovun qətlini sifariş verməkdə şübhəli bilinirdi. İyunun 10-da həbs edilən Əmirov məhkəməyə qədərki dövrdə Moskvadakı istintaq təcridxanalarından birində saxlanılırdı.