Sabiq müdir yeni vəzifəsindən imtina etdi

sabiq-mudir-yeni-vezifesinden-imtina-etdi
Oxunma sayı: 3309


“Qafqazinfo”nun "Qaynar.info"ya istinadən məlumatına görə, Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb.   

Məsələ ilə bağlı Azər Sarıyev açıqlama vermək istəməyib. AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".   

Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra “Palitra” qəzetinin baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib.   

2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.