Sabiq nazir Monteneqroda keçirilən prezident seçkilərində qalib gəlir - “Exit-poll”

sabiq-nazir-monteneqroda-kecirilen-prezident-seckilerinde-qalib-gelir
Oxunma sayı: 2715

Monteneqronun sabiq iqtisadi inkişaf naziri Yakov Milatoviç ölkədə keçirilən prezident seçkilərində 60,6 faiz səs toplayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Monitorinq Mərkəzinin (CeMI) bazar günü səslərin 32 faizini emal etdikdən sonra “exit-poll”un dərc etdiyi nəticələrdir. İlkin nəticəyə görə, səslərin 39,4 faizini isə hazırkı Prezident Milo Cukanoviç toplayıb.

Yakov Milatoviç 2020-ci il dekabrın 4-dən 2022-ci il aprelin 28-dək iqtisadi inkişaf naziri olub.