Sabiq nazir müalicə üçün yenə Türkiyəyə gedir

sabiq-nazir-mualice-ucun-yene-turkiyeye-gedir
Oxunma sayı: 3932

Sabiq azərbaycanlı nazir Firudin Cəlilov səhhəti ilə bağlı yenidən Türkiyəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o özü məlumat yayıb:

“Dostlar salamat qalın, sabah Ankarada doktorların hüzurunda olacam. İnşallah müalicədən sonra dönüb FB-da söhbəti davam edərik...”

Xatırladaq ki, F.Cəlilov ürək-damar xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat keçirib.