Sabiq prezident dünyasını dəyişdi

sabiq-prezident-dunyasini-deyisdi
Oxunma sayı: 2036

Portuqaliyanın sabiq prezidenti Mario Soares 92 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 13-də Lissabondakı Kruz Roja xəstəxanasına yerləşdirilən Soaresin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı ölkədə dekabrın 9-dan başlayaraq 3 günlük matəm elan edilib.

Mario Soares Portuqaliyada diktatorluq dövrü bitəndən sonra seçilən ilk prezident olub. Portuqaliya Sosialist Partiyasının qurucusu olan Soares 1976-1978 və 1983-1985-ci illərdə baş nazir postunu tutub.