Sabiq prezidentin həkimi həbs edildi

sabiq-prezidentin-hekimi-hebs-edildi
Oxunma sayı: 2706

Türkiyənin sabiq prezidenti Abdullah Gülün həkimi olmuş Sedat Caner FETÖ terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, S.Caner Qazi Universitetinin həbs edilən 19 əməkdaşı arasında yer alıb.

Həkimin FETÖ-lideri Fətullah Gülənin özəl həkimi Tuncay Dəlibaşı ilə əlaqədə olduğu, həmçinin təşkilat üzvlərinin istifadə etdiyi “Bylock” proqramından istifadə etdiyi ortaya çıxıb.

Lakin, S.Caner iddiaları qəbul etməyib.