Sabiq prezidentin korteci atəşə tutuldu

sabiq-prezidentin-korteci-atese-tutuldu
Oxunma sayı: 1170

Braziliyada naməlum şəxslər ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın avtomobil kortecini atəşə tutublar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının Tvitter hesabında məlumat yayılıb.

Məlumata əsasən, insident avtomobil karvanının Kedas-du-İquasu və Laranceyras-du-Sul şəhərləri arasında polis müşayiəti olmadan hərəkəti zamanı baş verib. Ən azı üç dəfə atəşin açıldığı vurğulanıb. Hücum nəticəsində 2 avtobusa ziyan dəydiyi bildirilib.

“Globo” portalının məlumatına görə, ziyan dəyən avtobuslarda jurnalistlər var imiş.

Bizim korteci faşist qruplar izləyir. Onlar bizə daş və yumurta atmışdılar, indi isə güllə atırlar", deyə Lula da Silva qeyd edib.