Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü

sabiq-prezidentin-oglu-xestexanada-olduruldu
Oxunma sayı: 2009

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayçzekkerin oğlu qətlə yetirilib.

“Qafqazinfo”nun “RBB” nəşrinə istinadən verdiyi xəbərə görə, 59 yaşlı Frits fon Vayçzekker Berlində “Schlosspark-Klinik”də mühazirə zamanı naməlum kişi tərəfindən aldığı bıçaq yarası nəticəsində həyatını itirib.

Qeyd olunur ki, mühazirəni dinləyən bir neçə dinləyici cinayətkarı yaxalaya bilib. “Der Tagesspiegel” xəbər verir ki, onlardan biri də ağır xəsarət alıb. 

Polis qatilin tutulduğunu təsdiqləyib. Hazırda onun şəxsiyyəti və motivləri barədə heç bir məlumat yoxdur.

Bildirilir ki, mərhum 2005-ci ildən sözügedən klinikada terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Riçard fon Vayçzekker 1984-1994-cü illərdə Almaniyanın Prezidenti vəzifəsini icra edib, Xristian Demokratik Birliyinin üzvü olub. O, 2015-ci ildə 95 yaşında vəfat edib.

Riçard fon Vayçzekker